...

Xaricdə təhsil almaq üçün yeni imkan

Cəmiyyət Materials 7 Fevral 2018 10:15 (UTC +04:00)
PRoloq İnkişaf Mərkəzi və mərkəzin onlayn PR jurnalı (PRoloq.az) təhsilə 200 min manat investisiya qoyacaq.
Xaricdə təhsil almaq üçün yeni imkan

Bakı. Trend:

PRoloq İnkişaf Mərkəzi və mərkəzin onlayn PR jurnalı (PRoloq.az) təhsilə 200 min manat investisiya qoyacaq.

Trend-in məlumatına görə, PRoloq-un təşkilatçılığı ilə 17-18 fevral Bakıda keçiriləcək ilk Beynəlxalq PR Yaradıcılığı Forumu çərçivəsində atılacaq bu addım 4 nəfərə dünyanın tanınmış universitetlərindən olan Doğu Akdeniz Universiteti və Girnə Amerikan Universitetində pulsuz PR təhsili almaq imkanı verəcək. Bu fürsət bakalavr, magistratura və doktorantura təhsili almaq arzusunu reallaşdırmaq istəyənlər üçün keçərlidir.

Bu imkandan faydanlanmaq istəyənlər "facebook" sosial şəbəkəsində #oxutmuramelcekin #dusunenqalmasın haştaqı ilə özünü PR etməli, “Fərqliliyin nədir?”, yaxud “Niyə sən?” sualına cavab verməlidir. Ən çox marağa və müsbət reaksiyaya səbəb olan iki nəfər seçilərək 200 min manatdan yararlanacaq. Digər iki nəfərin təqaüdlə təmin olunması I Beynəlxalq PR Yaradıcılığı Forumunun iştirakçıları üçün keçərli olacaq. Belə ki, forumdan ən maraqlı, ən yaradıcı informasiya hazırlayan bir nəfər 200 min manat investisiyanın bir parçası olacaq. Bu informasiyalar PRoloq.az-da dərc ediləcək. Ən çox oxunan, ən çox müzakirəyə səbəb olan yazının müəllifi təhsil almaq xəyalını reallaşdıracaq. Növbəti pulsuz təhsil imkanı isə forumu ən yaradıcı PR edən şəxsə veriləcək.

Xatırladaq ki, forum Beynəlxalq PR Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və Qlobal Karyera İnstitutunun dəstəyi ilə gerçəkləşəcək.

Yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, 14 ölkədən dəvət olunan dünyaca məşhur PR kapitanları da çıxış edəcəklər.

İştirakçılara beynəlxalq sertifikat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti