...

VI Könüllülük Proqramına start verilir

Cəmiyyət Materials 2 Mart 2018 12:59 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.
VI Könüllülük Proqramına start verilir

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.

İdarədən Trend-ə məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

VI Könüllülük Proqramına qatılmaq istəyən gənclərdən tərcümeyi hallarını 2-16 mart 2018-ci il tarixlərində [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 5 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk Könüllülük Proqramında 15, II Könüllülük Proqramında 26, III Könüllülük Proqramında 35, IV Könüllülük Proqramında 42, V Könüllülük Proqramında isə 29 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində, Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. Onlardan 17 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti