...

Mart soyqırımı ilə bağlı tədbirlər keçirilir

Cəmiyyət Materials 13 Mart 2018 12:02 (UTC +04:00)
“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.
Mart soyqırımı ilə bağlı tədbirlər keçirilir

Bakı. Trend:

“1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.

İdarədən Trend-ə verilən məlumata görə, müvafiq əmr ilə təsdiqlənmiş “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı”na əsasən, mart soyqırımına aid müxtəlif mövzularda mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilir.

Bundan başqa, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilir.

Mart soyqırımından bəhs edən, divar qəzetləri, bülleten, fotostend və guşələr hazırlanır.

Tədris ocaqlarında azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya və fləşmobların keçirilməsi, sənədli və bədii filmlərin nümayişi də planlaşdırılır.

Həmçinin,təhsil müəssisələrinin internet resurslarına soyqırımı əks etdirən materialların yerləşdirilməsi, keçirilən tədbirlərin kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda 1998-ci ildən 31 mart dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti