Bakı. Trend:
KOICA Azərbaycan Nümayəndəliyinə yeni ölkə üzrə direktor təyin edilib.
Trend-in məlumatına görə, KOICA Azərbaycan Nümayəndəliyi xanım Park Kumok-un KOICA Azərbaycan Nümayəndəliyinə ölkə üzrə direktor vəzifəsinə təyin edildiyini bildirməkdən şərəf hissi duyur. Xanım Park Kumok 17 illik iş təcrübəsinə dayanan güclü bilik və əlaqələrin qurulması, yüksək performans və komandaya rəhbərlik üzrə mükəmməl bacarıqlara malikdir. Yeni ölkə üzrə direktor etik və insan hüquqlarına əsaslanan rəhbərlik metodu ilə işləri dürüst və şəffaf şəkildə icra edəcəyini vəd edir.
Xanım Park, beynəlxalq inkişaf yardım agentliyi olaraq KOICA-nın, bizim kainatın birlikdə yaşamaq üçün daha yaxşı bir yer halına gəlməsi naminə tərəfdaş ölkələrin sosial-iqtisadi inkişafa çatmalarına davamlı şəkildə kömək etdiyini bildirib. O vurğulayıb ki, bu çərçivədə KOICA Azərbaycan Nümayəndəliyi mərkəzi və yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, digər tərəfdaşlar və əhalinin özü ilə birbaşa əməkdaşlıq etməklə Azərbaycan xalqının rifahını yüksəltmək üçün müxtəlif layihələr və fəaliyyətlərlə məşğul olub. Hazırda, KOICA Azərbaycan Nümayəndəliyi müxtəlif növ inkişaf proqramları həyata keçirir, belə ki, bunlara Təhsil Nazirliyi ilə birlikdə “Azərbaycan Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması və Müəllimlərin Potensialının artırılması” layihəsi də daxil olmaqla qrant yardımı layihələri, qlobal təlim və ölkə üzrə spesifik təlim və təqaüd proqramları, həmçinin ekspertlərin ezamı da daxil olmaqla texniki yardım layihələri aiddir.
Xanım Park bir daha vurğulayıb ki, O, KOICA-nın Azərbaycana yardımının davamlı olmasına və iki ölkə arasında olan əlaqə və əməkdaşlığın daha da inkişaf etməsinə ümid edir. Habelə, xanım Park Azərbaycan ilə Koreyanın bir çox ortaq cəhətlərinin və əməkdaşlığın inkişafında böyük imkanların olduğuna inandığını və qarşılıqlı tərəfdaşlıq vasitəsilə “Qlobal KOICA ilə hər kəsin xoşbəxt olmasının” mümkün olduğunu əminliklə bildirib.