...

Sumqayıtda uşaq oğurluğu ilə bağlı videogörüntüyə məktəb rəhbərliyi münasibət açıqlayıb

Cəmiyyət Materials 3 Aprel 2018 15:17 (UTC +04:00)
Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntülərə həmin məktəbin rəhbərliyi münasibət açıqlayıb.
Sumqayıtda uşaq oğurluğu ilə bağlı videogörüntüyə məktəb rəhbərliyi münasibət açıqlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Sumqayıtda 24 saylı orta məktəbin qarşısında uşaq oğurluğu ilə bağlı sosial şəbəkədə yayılan videogörüntü ilə bağlı həmin məktəbin rəhbərliyi açıqlama verib.

Hadisə ilə bağlı adı hallanan Sumqayıt şəhər 24 saylı orta məktəbin rəhbərliyindən Trend-ə bildirilib ki, məktəb ərazisi hasarlıdır və bu ərazidə uşaqların oğurlanması halları baş verməyib və ərazidə heç bir şübhəli şəxs görülməyib:

“Bu videonu hamıya telefonla göndərirlər. Bizə də deyiblər ki, həmin şəxs guya yaxınlıqdakı uşaq bağçasının ətrafında və yeni salınan yaşayış massivində videoya düşüb”.

DİN-dən uşaq oğurluğu ilə bağlı məlumatlara münasibət: Məktəb direktoru Polis İdarəsinə çağırıldı

DİN-dən uşaq oğurluğu ilə bağlı məlumatlara münasibət: Məktəb direktoru Polis İdarəsinə çağırıldı

Adının hallanmasını istəməyən yaxınlıqdakı özəl bağçadan isə Trend-ə bildirilib ki, onların binaları hər tərəfdən videomüşahidələr aparır:

“İndiyədək videoya belə şübhəli şəxs düşməyib. Əgər belə bir şəxs olsaydı, ilk növbədə biz hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edərdik. Bu video Sumqayıtda demək olar ki, əksər valideynlərin telefonuna göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti