...

Çaylarda suyun səviyyəsi dəyişib

Cəmiyyət Materials 12 Aprel 2018 20:32 (UTC +04:00)
Çaylarda sululuq səviyyəsi dəyişib.
Çaylarda suyun səviyyəsi dəyişib

Bakı. Trend:

Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 392 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 51 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 12, Salyanda 10, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2017-ci il aprelin 09-da 376 sm), Şirvanda 273 sm (2017-ci il aprelin 09-da 263 sm), Salyanda 181 sm (2017-ci il aprelin 09-da 210 sm), Bankədə 177 sm (2017-ci il aprelin 09-da 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 86 sm (2017-ci il aprelin 09-da 85 sm) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti