...

Ötən il ölkədə 8 cinayətkar dəstə zərərsizləşdirilib

Cəmiyyət Materials 3 May 2018 20:05 (UTC +04:00)
2017-ci ildə ölkədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanıb.
Ötən il ölkədə 8 cinayətkar dəstə zərərsizləşdirilib

Bakı. Samir Əli - Trend:

2017-ci ildə ölkədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun insan alverinə dair məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində 17 nəfərdən ibarət 8 cinayətkar dəstə zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.

Qurbanlardan 68-i Azərbaycan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşlarıdır. Onlardan 43 nəfəri istismar məqsədilə Türkiyəyə, 9-u Birləşmiş Ərəb Əmirliyinə, 8-i Rusiyaya, 5-i Malayziyaya, 4-ü isə Pakistana aparılıb, 2 əcnəbi isə Azərbaycanda istismara məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti