...

Azərbaycanda 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb

Cəmiyyət Materials 4 May 2018 16:50 (UTC +04:00)
2008-ci ildən bu günə kimi isə Mərkəzi Neftçilər Xəstəxanasında 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb, iki çarpaz böyrək əməliyyatı icra edilib.
Azərbaycanda 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

2008-ci ildən bu günə kimi isə Mərkəzi Neftçilər Xəstəxanasında 600-dən çox xəstəyə qaraciyər və böyrək köçürülüb, iki çarpaz böyrək əməliyyatı icra edilib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi deyib.

O bildirib ki. bu ilin ötən dövründə 7 xəstəyə qaraciyər, 32 xəstəyə isə böyrək köçürülməsi əməliyyatı icra olunub:

"Bu il baş tutan əməliyyatlardan sonra xəstələrdə ciddi fəsadlaşma qeydə alınmayıb. Xəstələrin ölüm göstəriciləri üzrə nəticələr dünya nəticələri ilə bərabərdir."

Qeyd edək ki, bu gün Bakıda stadionlardan birində böyrək və qaraciyər köçürülən xəstələrlə həkimlər arasında futbol matçı baş tutub.

Oyunu Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi təşkil edib.

Oyundan əvvəl jurnalistlərə açıqlama verən Mircəlal Kazımi qeyd edib ki, məqsəd əməliyyat olunan xəstələrin cəmiyyətə qayıtdığını sübut etməkdir: "Çünki insanlar ehtiyat edirlər ki, xəstə yatağa bağlı qalacaq. Xəstələrin, xəstə yaxınlarının həkimlərə ünvanladığı əsas sual xəstələrin əməliyyatdan sonrakı durumu ilə bağlı olur. Əslində xəstələr əməliyyatdan sonra normal həyatlarına qayıdır. Bugünkü futbol matçı da bunun bariz sübutudur. Oyunda iştirak edən xəstələrdən ikisi İspaniyada 200 atlet arasında bürünc medal qazanıb".

Oyun xəstələrin qalibiyyəti ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti