Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə idman və istirahət parkında kütləvi idman yarışları keçirilib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yarışlar çərçivəsində 16 orta məktəbin komandası mini futbol üzrə turnirdə iştirak edib, turnirin qalibi 49 №-li “İntellekt”məktəb-liseyin komandası olub. 2-ci yerə 6 №-li məktəbin, 3-cü yerə isə 91 №-li məktəbin komandası çıxıb. Qaliblərə və mükafatçılara kubok və fəxri fərmanlar təqdim olunub.
Gələcəkdə də bu idman kompleksində kütləvi və fərdi yarışların keçirilməsi nəzərdə tutulub.