...

Bu yaşayış məntəqələrində qaz olmayacaq - Gün ərzində

Cəmiyyət Materials 30 May 2018 08:46 (UTC +04:00)
Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu yaşayış məntəqələrində qaz olmayacaq - Gün ərzində

Bakı. Trend:

Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 09:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.

Fasilə daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədardır.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti