Mədəniyyət və İncəsənət Universitetində Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Mədəniyyət və İncəsənət Universitetində Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Şərəf tariximiz” mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə professor Validə Məmmədova açaraq bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycan çox ağır vəziyyətlə üzləşərdi: “1993-cü ilin qanlı iyun hadisələri hamımızın yaxşı yadındadır. 35 nəfərin həlak olduğu, 130 nəfərin yaralandığı hərbi əməliyyatlar Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu göstərirdi. Gəncə hadisələrindən “vəcdə gələnlər” respublikanın bir çox bölgələrində qanun pozuntuları törədir, ölkədə özbaşınalıq, zorakılıq halları, hərc-mərclik baş alıb gedirdi. Ulu öndər öz uzaqgörənliyi və siyasi qətiyyəti ilə 1993-cü ildə ölkəni bu ağır durumdan xilas etdi və həmin ildən başlayaraq respublikanı süquta aparan xətdən inkişafın zirvələrinə doğru yol başlandı. İndi bu siyasi-iqtisadi inkişaf yolunu ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev böyük uğurla davam etdirir”.

Milli Məclisin deputatı, professor Jalə Əliyeva 2018-ci ili Azərbaycan tarixində şanlı yubileylər ili kimi xarakterizə etdi: “2018-ci ildə Azərbaycanda çox önəmli hadisələrin yubileyləri qeyd olunur. Bu il həm ulu öndərin, həm akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyləridir. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tarixidir, bu il həm də 1993-cü ildə ölkəmizin xaosdan, süqutdan qurtuluş tarixinin 25 illik yubileyidir. Bütün bu şərəfli tarixi rəqəmlər sadəcə statistika deyil, bu rəqəmlərin arxasında Azərbaycanın çox önəmli tarixi salnaməsi dayanır.

1923-cü ildə Naxçıvanda sadə bir ailədə dünyaya gələn övlad elə həmin yüzillikdə bir xalqın ümid, güvənc yerinə, dahi liderinə çevriləcəkdi, öz ölkəsini və xalqını böyük bir fəlakətdən xilas edəcəkdi. 1993-cü ilin dəhşətli iyun günlərini yaxşı xatırlayırıq. Xaos, hərc-mərclik, iqtisadi tənəzzül, saatlarla çörək növbəsi, bir-birinin ardınca işğal olunan tarixi yurd yerlərimiz ... İndiki kimi yadımdadır; kiçik qızımı bağçadan güllə yağışı altında bağrıma basaraq zorla evə gətirə bilirdim. Çox qorxulu günlər idi. Qardaş qanının axıdılacağı, vətəndaş müharibəsinin olacağı ehtimalı ilə bağlı olan bu qorxu bütün Azərbaycanı bürümüşdü. Həmin çətin günlərdə Azərbaycanın böyük oğlu təyyarə ilə Bakıya gəldi..Ulu öndəri gətirən o təyyarəni obrazlı, poetik şəkildə xilaskar Simurq quşuna bənzədirəm. Ulu öndər Heydər Əliyevin gəlişi ilə bütün xalqımız həmrəy oldu, eyni ideologiya ətrafında birləşdi. Qayıdış, qurtuluş və inkişafı hədəfləyən o böyük gün müasir Azərbaycan tarixinin ən əhəmiyyətli günlərindən birinə çevrildi.

Türkiyənin 9-cu prezidenti, ümummilli liderin yaxın dostu Süleyman Dəmirəl xatirələrində qeyd edirdi ki, əziz dostum və qardaşım Heydər Əliyev Naxçıvanda ikən ondan Azərbaycana nə üçün gəldiyini soruşanda o, cavab verdi: “Çünki mən türkəm. Doğulduğum yerdə xalqıma xidmət etmək istədim, başqa yerdə bunu edə bilməzdim”. Bu sözlərdən sonra mən onu daha da çox sevdim. Azərbaycanı belə ürəkdən sevən bir insanı xalqı da ta əbədiyyətə qədər sevəcək”.

Süleyman Dəmirəl yanılmırdı. Həqiqətən də ulu öndər öz Vətən sevgisi ilə əbədi ümumxalq məhəbbətini qazandı. Ulu öndər təkcə öz xalqının deyil, bütün türk dünyasının lideridir".

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında ulu öndərin Azərbaycan tarixindəki əvəzolunmaz mövqeyindən söz açdı: “Əgər ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bu gün suveren, qüdrətli Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Ümummilli liderin qayıdışı Azərbaycanı həm daxili, həm də xarici bədxah qüvvələrdən qorudu. Məhz 1993-cü ildən Azərbaycanda iqtisadi inkişafın təməli qoyuldu. Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər olub. 1993-cü ilin yayı da belə ağır dönəmlərdən biridir. Biz ulu öndər Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu adlandıranda tam həqiqəti səsləndiririk. Çünki ölkəmiz 1991-ci ildə müstəqillik əldə etsə də, sonrakı illərdə Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu məhz 1993-cü ildən sonra başlanıb.

1993-cü ilin 15 iyun günü Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən uğurlu bir yolun başlanğıcının tarixidir. Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Müstəqilliyimizin ilk illərində Azərbaycan həmin dövrün iqtidarının səriştəsiz, qabiliyyətsiz, yarıtmaz “idarəçiliyi” nəticəsində dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşəndə xalqımız öz ulu öndərinə güvəndi.

Ulu öndərin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitliyə qovuşdu və nüfuzlu dünya dövlətlərinin böyük investisiyalar qoyduğu bir məkana çevrildi. 1994-cü ildə atəşkəs sazişinin imzalanması ilə hər sahədə uğurlara yol açılmış oldu. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə olan inamın bariz göstəricisi idi.

Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.

Dahi lider Heydər Əliyevin Azərbaycan qarşısında saysız-hesabsız xidmətləri haqqında danışmaqla bitməz. Bizim vəzifəmiz isə bu gün həmin siyasi xətti dəstəkləyərək Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdir. Ulu öndər vaxtilə xalqa müraciətində də bununla bağlı qeyd edirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün xalqımız Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir. Ulu öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin liderliyi ilə gələcəyə addımlayan Azərbaycan daha titanik uğurlara imza atacaq. Ümummilli lider Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur. Müstəqil, qüdrətli Azərbaycan var olduqca, Heydər Əliyev də xalqımızın ürəyində yaşayacaqdır!”

ADMİU-nun “kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, professor Aqşin Babayev ulu öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışaraq bildirib ki, 1993-cü ildə ulu öndər öz xalqının ən çətin məqamında onun səsinə səs verib, Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədi olmasını təmin edib.

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.

"Azərsu" laboratoriya avadanlıqları alacaq
"Azərsu" laboratoriya avadanlıqları alacaq
Dövlət Məşğulluq Agentliyi startap layihələrini dəstəkləyəcək
Dövlət Məşğulluq Agentliyi startap layihələrini dəstəkləyəcək
"Bakı telefon rabitəsi" GPON rabitəsi üçün tender elan edib
"Bakı telefon rabitəsi" GPON rabitəsi üçün tender elan edib
Loading Bars
Xəbər lenti
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib
Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur - Fransa parlamentinin fəxri üzvü
ABŞ-ın Los-Anceles dairəsinin hakimiyyəti sakinlərə evdən çıxmamağı tövsiyə edib
Üsyançılar Eritreya paytaxtına raket atıblar
Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub
ABŞ-da koronavirusa yoluxanların sayı 13 milyonu keçdi
"OPEC plus" nazirlər komitəsinin qeyri-rəsmi görüşü təxirə salındı
Bakıda gözətçi köşk yanıb, 1 nəfər ölüb
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Bütün xəbərlər