...

NIKOIL | Bank - dan bayram iftarı (FOTO)

Cəmiyyət Materials 14 İyun 2018 15:26 (UTC +04:00)
Müqəddəs Ramazan ayının bitməsi ilə əlaqədar 13 iyun tarixində NIKOIL | Bank -ın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən "Leyla xanım" piri nəzdində məsciddə ənənəvi bayram iftarı təşkil olunub.
NIKOIL | Bank - dan bayram iftarı (FOTO)

Bakı. Trend:

Müqəddəs Ramazan ayının bitməsi ilə əlaqədar 13 iyun tarixində NIKOIL | Bank -ın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən "Leyla xanım" piri nəzdində məsciddə ənənəvi bayram iftarı təşkil olunub.

Müsəlman təqvimində “on bir ayın sultanı” sayılan Ramazan ayı Azərbaycan xalqı üçün də müqəddəsdir. Oruc tutmaq islam dininin beş ən vacib əməllərindən biridir və insan sağlamlığı üçün çox böyük faydası var.

Bankdan Trend-ə verilən məlumata görə, duaların oxunması ilə başlanan və axşam namazının qılınması ilə yekunlaşan tədbirdə sıralarında həm qadın, həm də kişi olan 200 nəfərdən artıq oruc tutan insan iştirak edib. İftar iştirakçıları dini dəyərlərə ayrılan diqqəti yüksək dəyərləndirib, göstərilən təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.

NIKOIL | Bank-ın rəhbərliyi bütün müsəlmanları müqəddəs Ramazan bayram münasibətilə ilə təbrik edir və hər kəsə sağlamlıq, səadət və firəvanlıq arzu edir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti