...

Xaricdə dini təhsil alan bəzi azərbaycanlılar xarici ideologiyanı ölkədə yaymağa cəhd edib

Cəmiyyət Materials 28 İyun 2018 22:10 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda mövcud olan iki mindən artıq məsciddən bəziləri din xadimləri ilə təmin olunmayıb.

Bunu Trend-ə İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib.

C.Məmmədov qeyd edib ki, institutda islamşünaslıq üzrə təhsilini başa vuran mütəxəssislər Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcək və onlar idarə vasitəsilə yerlərdə məscidlərə imam vəzifəsinə təyin olunacaqlar.

Rektor bildirib ki, indiyədək üç minə yaxın azərbaycanlı xaricdə dini təhsil alıb:

“Lakin zaman-zaman onların bəziləri təhsil aldıqları ölkənin ideologiyasını Azərbaycanda yaymağa cəhd ediblər. Bilirsiniz ki, qanunvericiliyə edilən düzəlişə əsasən xaricdə dini təhsil alanlar Azərbaycanda məscidlərdə işləyə bilməzlər. Ancaq onların arasında da savadlı, vətənini, dövlətini sevən mütəxəssislər var. Qaunvericiliyə əsasən mərkəzi icra hakimiyyətinin razılığı ilə onlardan bir hissəsi məscidlərdə fəaliyyət göstərirlər”.

C.Məmmədov bildirib ki, İlahiyyat İnstitutunda yeni tədris standartlarının hazırlanması ilə bağlı Təhsil Nazirliyi ilə danışıqlar aparılır və yaxın gələcəkdə yekun qərar qəbul ediləcək.

Rektorun sözlərinə görə, institutda təhsilin tam elektronlaşdırılması nəzərdə tutulur. C.Məmmədov vurğulayıb ki, bu istiqamətdə iş aparılır, yaxın günlərdə institutun vebsaytının hazırlanmasına başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti