...

Diasporla İş üzrə Dövlət Komitəsi yeni infoqrafik videoçarx hazırlayıb

Cəmiyyət Materials 12 Sentyabr 2018 16:02 (UTC +04:00)
Videoçarxda Komitənin əsas fəaliyyət istiqamətləri, diasporun mahiyyəti və tərkibi, eləcə də diaspor siyasətinin başlıca istiqamətləri öz əksini tapıb.
Diasporla İş üzrə Dövlət Komitəsi yeni infoqrafik videoçarx hazırlayıb

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi yeni infoqrafik videoçarx hazırlayıb.

Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsindən Trend-ə verilən məlumata görə, infoqrafik videoçarxda Komitənin əsas fəaliyyət istiqamətləri, diasporun mahiyyəti və tərkibi, eləcə də diaspor siyasətinin başlıca istiqamətləri öz əksini tapıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Xaricdə yaşayan soydaşlarımıza dəstək, onların milli mənsubiyyətinin qorunması, Azərbaycan həqiqətlərinin dünyada təbliği, dünya azərbaycanlılarının vahid milli maraqlar ətrafında birləşdirilməsi Dövlət Komitəsinin əsas hədəflərinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti