...

Hicran Hüseynova İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2018 07:28 (UTC +04:00)
Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Oktyabrın 10-11-də İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Hicran Hüseynova İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Oktyabrın 10-11-də İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Səfərin ilk günü Komitə sədri İsveçrənin Federal Sosial Sığorta Ofisinin rəhbəri Bruno Parnisari, Federal Gender Bərabərliyi Ofisinin direktoru Silvie Durrer ilə görüşlər keçirib. Görüşlərdə, həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Görüşlərdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycanda ailə planlaşdırılması siyasəti, ölkəmizdə gender bərabərliyinin istiqamətində atılan addımlar barədə məlumat verilib və bu məsələlərin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən biri olduğu bildirilib. Bundan başqa, görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən qadınlara çəkdirdiyi iztirablar barədə danışılmışdır.

Söhbətlər zamanı, həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti