...

Azərbaycanda məşhur italyan pendirinin istehsalı planlaşdırılır

Cəmiyyət Materials 20 Oktyabr 2018 16:09 (UTC +04:00)
Azərbaycanın Ucar rayonunda İtaliyanın məşhur mozzarella pendirinin istehsalı planlaşdırılır.
Azərbaycanda məşhur italyan pendirinin istehsalı planlaşdırılır

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycanın Ucar rayonunda İtaliyanın məşhur mozzarella pendirinin istehsalı planlaşdırılır. Bunu Trend-ə Ucar rayon İcra başçısının müavini Vaqif Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəssisədə hazırlıq işləri aparılır, avadanlıqlar quraşdırılır.

V.Mehdiyev bildirib ki, müəssisə əsasən daxili tələbatın ödənilməsinə yönəlib, lakin gələcəkdə əlavə həcmlər istehsal edilərsə, xaricə ixrac ediləcək.

Qeyd edək ki, İtaliyanın mozzarella pendirinin istehsalı üzrə müəssisə aqroparkda fəaliyyət göstərəcək. Müəssisədə gündə iki tona yaxın südün emal edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti