...

Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar verilib (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2018 20:54 (UTC +04:00)

Bakı. Trend:

Bu gün özünüməşğulluq proqramı çərçivəsində daha 50-dən çox ailəyə mal-materiallar verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası işlərinin davamı olaraq, nazirlik tərəfindən bu gün özünüməşğulluq proqramı çərçivəsində Şamaxı, İsmayıllı, Ağsu, Tovuz, Göygöl və digər bir sıra rayonlarda 50-dən işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub.

Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə təsərrüfatlarını qurmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin ediliblər.

Mal-və materiallarla təmin olunan insanlar bu proqrama cəlb olunarkən ilk növbədə təlim kurslarında iştirak etdiklərini, bu kursda biznesin təşkili və idarə olunması üzrə zəruri bilik və bacarıqlara yiyələndiklərini bildiriblər. Onlar ölkəmizdə belə bir əhəmiyyətli proqramın həyata keçirilməsinə, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, kiçik ailə biznesinə çıxış üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Proqram çərçivəsində yaradılan təsərüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da həmin sahənin inkişafı, aqrar sektorda məhsul artımı üçün əlavə dəstəkdir.

Cari ildə özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dən çox ailə təsərrüfatı yaradılıb və proqram iştirakçılarının mal-və materiallarla təmin olunması işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti