...

Gəncə avtomobil zavodunun əməkdaşları ağacəkmə aksiyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2018 16:59 (UTC +04:00)
Gəncə avtomobil zavodu istehsalat birliyinin əməkdaşları müəssisənin ərazisində və ətrafda ağacəkmə aksiyası keçiriblər.
Gəncə avtomobil zavodunun əməkdaşları ağacəkmə aksiyası keçiriblər (FOTO)

Bakı. Trend:

Gəncə avtomobil zavodu istehsalat birliyinin əməkdaşları müəssisənin ərazisində və ətrafda ağacəkmə aksiyası keçiriblər.

Zavodun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun Trend-ə verdiyi məlumata görə, artıq ənənə halını alan aksiya istehsalat birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilib. Müəssisənin direktoru Kamran Nəzərovun sözlərinə görə ilkin mərhələdə 500-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub:

“Bildiyiniz kimi bütün Azərbaycanda ağac əkmə aksiyaları təşkil olunur. Biz də mütəmadi olaraq zavodun və Gəncənin digər ərazilərində yaşıllaşdırma və ağac əkmə aksiyaları keçiririk. Bu günə kimi zavodumuzun meyvə bağını yaratmışıq və 150-ə yaxın müxtəlif adda meyvə ağacları əkmişik. Bundan başqa müəsisənin ətrafında və sexlərin qarşısında yaşıllıqlar salmışıq, küknar və dekorativ ağaılar əkmişik. Bu gün isə boş olan ərazilərimizdə Gəncənin rəmzi olan çinar ağacları əkdik. Bu ağac tingləri ilə təminata görə Gəncə şəhər icra hakimiyyətinə dərin minnətdarlığımızı bildirirəm” deyə Kamran müəllim vurğulayıb.

K.Nəzərov əlavə edib ki, bu xeyirxah aksiyanın əkin müddəti bitirənə qədər davam etdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti