...

Məleykə Abbaszadə: Gənclərimiz karyera barədə düşünmür, ali məktəbə sadəcə qəbul olmaq üçün sənəd verirlər

Cəmiyyət Materials 20 Dekabr 2018 11:21 (UTC +04:00)
Bizim gənclər çox zaman ali məktəbə sadəcə qəbul olmaq üçün sənəd verirlər, onlar özlərinin karyerasını təsəvvür etmirlər və hansı karyeranı quracaqları barədə düşünmürlər.
Məleykə Abbaszadə: Gənclərimiz karyera barədə düşünmür, ali məktəbə sadəcə qəbul olmaq üçün sənəd verirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bizim gənclər çox zaman ali məktəbə sadəcə qəbul olmaq üçün sənəd verirlər, onlar özlərinin karyerasını təsəvvür etmirlər və hansı karyeranı quracaqları barədə düşünmürlər.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanda təhsilin daha çox karyera yönümlü edilməsi məqsədəuyğundur: "Bizim gənclər düşünür ki, sosial uğur odur ki, o, ali məktəbə qəbul olunub. Buna görə də təhsili karyera yönümlü etmək çox vacibdir".

M.Abbaszadə qeyd edib ki, 2014-cü ildə 9-cu sinif məzunlarının 19 faizi təhsilini davam etdirməyib: "2018-ci ildə belə gənclərin faizi 14 faiz olub. 11-ci sinif məzunları arasında bu göstərici 2014-cü ildə 22, 2018-ci ildə 15 faiz olub. Bu da 5 il ərzində müəyyən azalmaların olması və gənclərin təhsillərini davam etdirməkdə maraqlı olmasını göstərir".

DİM sədri əlavə edib ki, Azərbaycanda ali məktəblərə qəbul üçün qiymətləndirmə kütləvi şəkildə 1992-ci ildən aparılır: "Həmin ildən başlayaraq, qəbulla bağlı statistik təhlillər aparılır. Təhsildə olan standartlar çox zaman həyatda gedən proseslərdən kənarda qalır. Məsələn, dövlət əhalinin informasiya texnologiyaları biliklərinin artırılması üçün kifayət qədər vəsait sərf edib. Amma əhalinin "facebook"dan, "instaqram"dan istifadəsi üçün hansısa bir kurs olubmu?! Buna baxmayaraq, əhali onu mənimsəyib. Deməli, insan kapitalını artırmaq üçün hansısa ayrı növ yanaşma tətbiq etmək lazımdır. Bu baxımdan qeyri-formal yanaşmalar da insan kapitalının artırılmasına təsir göstərə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti