...

Bodruma gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

Cəmiyyət Materials 9 Fevral 2019 09:12 (UTC +04:00)
Bodruma gedən azərbaycanlı turistlərin sayı açıqlanıb.
Bodruma gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Ümumilikdə ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.

Ötən il Bodruma səfər edən turistlər arasında rusiyalılar çoxluq təşkil edib. Bu ölkədən Bodruma 97,5 min turist səfər edib.

Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti