Bakı. Trend:
Şir balası Natan və 3 aslan bacıları Luka, Çarli və Kay Ukraynada təbii mühitindən uzaq, günəş görməyən və havasız 35 kv. metrlik beton və paslanmaz qəfəsdə yaşayaraq, sirk heyvanları kimi istifadə olunurdular. Şirlər heyvan hüquqları müdafiəçisi olan “World Lawrence Anthony” təşkilatı (LAEO) tərəfindən xilas edilib. “Türk Hava Yolları”nın qlobal yükdaşıma brendi olan “Turkish Cargo”nun sponsorluğu ilə aslanlar CAR-dakı qoruğa göndərilib.
Aslanlar xüsusi qida ehtiyacı ilə dizayn edilmiş xüsusi konteynerlərdə veterinarlar, LAEO-nun iki nümayəndəsi və IATA sertifikatlı “Tukish Cargo” personalının müşayiəti ilə nəql edilib.
Uçuşdan sonra aslanlar Afrikanın təbii yaşayış mühitinə malik və 14 min kv. metrlik Kraqqa Kamma Milli Parkında azad buraxılıb. Başlanğıcda sirk şəraitinə uyğunlaşdıqları üçün yeni yerlərinə alışmaqda çətinlik çəkən aslanlar bundan sonra yeni dostları ilə birlikdə təbiəti və azadlığı kəşf edəcəklər.
2017-ci ildə təbiətdəki qeyri-qanuni ticarəti aradan qaldırmağı hədəfləyən və “Bukingem sarayının vəhşi təbiət deklarasiyası”na qoşulmaqla “Türk Hava Yolları” canlı heyvanların nəql prosesi və heyvan hüquqları mövzusunda hazır olduğunu bir daha sübut edib.
Heyvanların daşınması üçün qayğı göstərən və səmada ən təbii mühit yaradan “Turkish Cargo” CITES və IATA LAR qaydalarını əsas götürərək qəbuletmə, saxlama və göndərilmə proseslərini və eyni zamanda adı çəkilən qaydada sənədləşmə, etiketləmə və tənzimləmələri həyata keçirir.
Videonun linki: https://we.tl/t-U72HnEQFw0.