...

Yeni “RAHAT” supermarket gəlir… Zabratda təntənəli açılış!

Cəmiyyət Materials 14 Mart 2019 11:00 (UTC +04:00)
Martın 16-da Bakıda hər kəsin sevimlisi olan “RAHAT” supermarketlər şəbəkəsinin yeni filialı fəaliyyətə başlayacaq.
Yeni “RAHAT” supermarket gəlir… Zabratda təntənəli açılış!

Bakı. Trend:

Martın 16-da Bakıda hər kəsin sevimlisi olan “RAHAT” supermarketlər şəbəkəsinin yeni filialı fəaliyyətə başlayacaq.

Yeni açılacaq “RAHAT” supermarket Sabunçu rayonun Zabrat qəsəbəsində (Zabrat şossesi, Socar YDM-nin yanı) yerləşir. Ümumi sahəsi 5 min kv.m-dən böyük olan supermarketin 200-dək avtomobil dayanacağı mövcuddur. Xüsusi tərtibatda hazırlanan yeni “RAHAT” ən son texnoloji avadanlıqlarla təchiz olunub. Filialımız dünyanın bir neçə ölkəsindən gətirilən 30 mindən çox məhsul çeşidi ilə müştərilərinə xidmət göstərəcək. Yeni “RAHAT” supermarketin açılışı ilə əlaqədar 1000-dən çox məhsul xüsusi endirimli və hədiyyəli olacaq. Əlavə olaraq supermarketdə aptek, gül, parfumeriya-kasmetika, bəzək aksesuarları və bir sıra satış nöqtələri də fəaliyyət göstərəcək.

Təqdimat günləri xüsusi bayram tədbirləri ilə müşayiət olunacaq. Məlumat üçün bildirək ki, açılış tarixindən etibarən müştərilərin xidmətinə pulsuz sərnişin avtobusları veriləcək.

Bundan əlavə, yeni “RAHAT” supermarketin açılışı və Novruz bayramı ilə əlaqədar supermarketin qarşısında 19 mart saat 19:00-da səhnəmizin populyar ulduzlarından ibarət böyük konsert tədbiri təşkil ediləcək. Populyar müğənnilərdən Zamiq Hüseynov, Murad Arif, Manana Çaparidze və Günay İbrahimli də daxil olmaqla bir çox müğənnilər çıxış edəcək. Hər kəsi möhtəşəm açılış mərasiminə və aksiyalardan yararlanmağa dəvət edirik.

“Market gərək Rahat olsun!”

https://www.youtube.com/watch?v=MbFT7ZmsSQg

Məqalədə:
Xəbər lenti

Xəbər lenti