Bakı. Samir Əli - Trend:
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro qatarlarının təmir müddətini açıqlayıb.
Trend-in məlumatına görə, QSC-nin Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov bildirib ki, metro qatarları təmir ediləndən sonra 480 min kilometr hərəkət edir:
"Bu prosesdə 30 min kilometr fərq ola bilər. Yəni 480 kilometrdən sonra qatar 30 min kilometr hərəkət edə bilər".
F.Əhmədov əlavə edib ki, qatarlar hərəkətdə olduğu müddətdə vaqonların cari təmir olunması qatarın hərəkət müddətini sağlamlaşdırır.