...

Yazıçılar Birliyinin sədri: İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var

Cəmiyyət Materials 25 May 2019 12:34 (UTC +04:00)
İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var.
Yazıçılar Birliyinin sədri: İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var

Bakı. İlhamə İsabalayeva - Trend:

İndi qonşu ölkələrin Stalin repressiyalarına müəyyən dərəcədə haqq qazandırmaq kimi təşəbbüsləri var. Heç bir halda insan təlafatını “zərurət məntiqi” ilə nə izah etmək, nə də bağışlamaq olar.

Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Azərbaycan xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

Anar qeyd edib: "Belə bir muzeyin yaradılması mənim çoxdankı arzum idi. Dəfələrlə o vaxt deputat olduğum məclisdə şəhidlər muzeyinin yaradılmasını təklif etmişdim. Çox minnətdaram Sərhəd Xidmətinə, çox minnətdaram hörmətli Prezidentimiz İlham Əliyevə dəstəyinə görə ki, belə bir muzey axır ki, yarandı. Mən hətta o vaxt təklif edirdim ki, o uçurulmuş heykəlləri - Stalin, Kirov və başqaları dağıdılmasın, bu “KQB”-nin həyətində onları yığıb saxlasınlar. Vaxtilə onlar insanları göndərmişdilər, indi özlərinin heykəlləri orda qalsın və bu, ibrət dərsi olsun. Bu muzey bir ibrət dərsidir, bu tək bizim gunahsiz insanların xatirəsinə olan vicdan borcumuz deyil, həm də bir xəbərdarlıqdır ki, bu hal tarixdə təkrar olunmamalıdır. Mən burada babam – Azərbaycanın ilk Səhiyyə Naziri Xudadat bəy Rəfibəylinin də şəklini gördüm ki, o, məhz 1920-ci ilin mayın 20-də Nargin adasında güllələnmişdir".

Azərbaycan Yazıçılar Birliyinin sədri deyib ki, belə bir muzeyə həm cavanlar, həm də yaşlılar gəlməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti