...

Nazir “Breyn-rinq” intellektual bilik yarışının qalibləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 31 May 2019 10:39 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müxtəlif qurumların komandaları arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışının qalibi olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşlarından ibarət komandanın üzvləri ilə görüşüb.
Nazir “Breyn-rinq” intellektual bilik yarışının qalibləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müxtəlif qurumların komandaları arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışının qalibi olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşlarından ibarət komandanın üzvləri ilə görüşüb.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə keçirilən yarışda ayrı-ayrı qurumlardan 17 komanda iştirak edib. “Xəmsə” formatında üç mərhələdən ibarət yarışda 4 komanda finala vəsiqə qazanıb. Final mərhələsində yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən ƏƏSMN komandası sualları düzgün cavablandırmaqla 1-ci yeri qazanaraq yarışın qalibi olub.

S.Babayev zəngin biliyə və dünyagörüşə malik olmağın hər bir dövlət qulluqçusu üçün mühüm və təqdirəlayiq keyfiyyətlərdən olduğunu, yüksək intellekt səviyyəsinə malik əməkdaşların səmərəli fəaliyyətləri ilə də seçildiklərini qeyd edib.

Nazir komandanın üzvlərini - Elşad Əliyev (ƏƏSMN-nin sektor müdiri), Ozal Möhtəbərli (ƏƏSMN-nin sektor müdiri), Ruslan Mirzəliyev (ƏƏSMN tabeliyində DOST Agentliyinin şöbə müdiri), Fərid Mirzəyev (ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məsləhətçisi) və Pərvinə Yusifovanı (Nizami rayon Məşğulluq Mərkəzinin sektor müdiri) bilik yarışında qazandıqları qələbə münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti