...

Bəzi təhsil müəssisələrinin akkreditasiyası üçün RÜSUM müəyyən edildi

Cəmiyyət Materials 13 İyun 2019 12:39 (UTC +04:00)
Azərbaycanda bəzi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib.
Bəzi təhsil müəssisələrinin akkreditasiyası üçün RÜSUM müəyyən edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda bəzi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən "Dövlət rüsumu" haqqında qanuna dəyişikliklərdə əksini tapıb.

Təklif olunan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.

Dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti