Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 iyul 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı təşkil ediləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından(ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” və “İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır.

Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları, Test imtahanı proqramları“Namizədin yaddaş kitabçası” bölmələrindən istifadə etmələri tövsiyə olunur:

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Qeyd edək ki, imtahan Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 -də (keçmiş Bakı Asiya Universitetinin binası) keçiriləcək. İmtahana qeydiyyat 12 iyul saat 13:00-dək davam edəcək.

Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar
Ermənistan atəşkəsi 22 dəfə pozub
Ermənistan atəşkəsi 22 dəfə pozub
Loading Bars
Xəbər lenti
Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi (FOTO)
Cəlil Xəlilov: Bütün dünyanı erməni faşizminə qarşı mübarizəyə səsləyirik
Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı
Azərbaycanda "Özün Yarat" adlı platforma istifadəyə verilir
ABŞ-da ATIŞMA: 7 nəfər öldü
“Azərişıq” və “Azəriqaz” ucqar kəndlərdə birgə layihələrin icrasına başladı (FOTO)
Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!
Rusiyanın Xalq artisti koronavirusdan öldü
Prezidentə yazırlar: Sizin xalqımızın birliyini, sağlamlığını və rifahının yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik
150 obyektdə pozuntular aşkarlanıb - İqtisadiyyat Nazirliyi (FOTO)
Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib
Azərbaycanda futbolçular məşqə maska ilə gəlməlidir - RƏSMİ
Əhmədiyyə Cəbrayılov haqqında "Vikipediya"da özbək dilində məqalə yaradılıb
İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
İsa Həbibbəyli: Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur
Futbolçular qol sevincini fərdi qeyd etmələdirlər - PFL
Sadiq Qurbanov: Azərbaycan COVİD-19 ilə bağlı mövcud beynəlxalq vəziyyətdən yararlana bilər
Azərbaycanda futbol oyunları zamanı köməkçi hakim maska taxmalıdır
Vyetnamda bütünlüklə qızıldan hazırlanan hotel açılıb
Premyer Liqa və kubok oyunları bu qaydalarla təşkil olunacaq
Musa Qasımlı: Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıldı (FOTO)
Zərdabda 3 kəndin rayon mərkəzinə çıxışını təmin edən yol yenidən qurulur (FOTO)
4 ton yararsız at ətini mal əti adı altında satmaq istəyən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar (FOTO)
Sabunçu rayonunda marketdə gözətçini öldürən şəxslərin videogörüntüləri yayılıb (VİDEO)
Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır
Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloq, Kamran Beydullayev “Həkimlərimizi tanıyın!” rubrikasında
İlahiyyat İnstitutunda yay imtahan sessiyası ilə bağlı onlayn iclas keçirilib
İranda daha 2 886 nәfәr koronavirusa yoluxdu, 63 nәfәr öldü
Tələbələrin təhsil haqqı ilə bağlı müraciətləri gələn həftədən cavablandırılacaq - RƏSMİ
Madaqaskarın təhsil naziri 2 milyon dollarlıq konfet almaq istədiyi üçün işdən çıxarıldı
Təhsil Nazirliyi: Yay sessiyası ilə bağlı şikayətlərin operativ həllinə nəzarət ediləcək
Tamam Cəfərova: Prezidentin AİB rəhbərliyi ilə görüşü Azərbaycanın qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuzumuzun göstəricisidir
“Azərsu” xüsusi rejimdə fəaliyyət göstərəcək
DSX: Düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb
Meksikada polis zorakılığına qarşı etirazlar başladı
Azərbaycanda qızıl və gümüş bahalaşıb
İyunun 8-də dolların manata qarşı məzənnəsi
Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerdədir
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
FHN xəbərdarlıq etdi: Sərt karantin günlərində çimərliklərdən istifadə qadağandır
Tamam Cəfərova: Bəzi vətəndaşların məsuliyyətsizliyi, qoyulmuş qaydalara əməl etməməsi bugünkü vəziyyətin yaranmasına səbəb olub
Qaxda həyətində narkotik becərən şəxs saxlanılıb (FOTO)
Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür
Uhanda sonuncu koronavirus xəstələri sağalıb
Milli Məclis Cinayət-Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiq etdi
Milli Məclis sədrinin müavini koronavirusa yoluxmuş dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə maraqlanıb
Samir Şərifov: Hesablama Palatasının bəzi fikirləri ilə razıyıq, bəzisi ilə qəti razı deyilik
"Azəriqaz"dan smart-kart tipli sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz
Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi
Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar
Sabah Bakıda 28, rayonlarda 21 dərəcə isti olacaq
Yaponiya gələn ilin ortalarınadək əhalini koronavirusa qarşı peyvənd edə bilər
Payız aylarından müəllimlərin sertifikatlaşdırılmasına başlanılacaq
Azərbaycan neftinin qiymətləri dəyişib
Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır
Rusiyada koronavirusdan ölənlərin sayı 5 500-ü keçib
Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabrda imtahanlar təşkil olunacaq
Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı (FOTO)
Könül Nurullayeva: Verilən qərarların məcburi xarakter daşımasına baxmayaraq əhali bu xəstəliyə hələ də laqeydliklə yanaşır
Tarixçi: AXC dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi acı tarixdir (FOTO)
Federal nazirlik: Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
“Azərişıq” gücləndirilmiş rejimdə işləyəcək
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi (VİDEO)
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır
Əqli Mülkiyyət Agentliyi “Küçələrə su səpmişəm" xalq mahnısı ilə bağlı məsələni nəzarətə götürüb
Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı
TƏBİB həftəsonu alış-verişi edənlərə müraciət etdi
Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib
Azərbaycan Texniki Universiteti UNESCO klubları şəbəkəsinə üzv oldu (FOTO)
Slovakiya və Çexiya bəzi ölkələrlə sərhədləri açıb
Siyavuş Novruzov: Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar
AMEA: Mərkəzi Elmi Kitabxananın direktoru İsa Həbibbəylinin bibisi qızı deyil
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Milli Məclisdən olan yeni üzvləri məlum oldu
Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 3,1 milyon manat ayırıb
Parlament sədri həftəsonu qadağaları ilə bağlı müraciət etdi
Ermənistanda koronavirusa yoluxanların sayı 12 minə çatır
Təhsil Nazirliyi: Direktor olmaq istəyənlərin nəticələri daha aşağı olur
XİN: Ermənistanın nə hüquqdan, nə demokratiyadan danışmağa, başqalarına məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur
Murad Camalzadə: Direktor vəzifəsinə qəbul olmaq istəyənlər üçün hazırlıq prosesi təşkil oluna bilər
Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır
OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək
Mingəçevir Dövlət Universitetində ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Azərbaycan polisi qanunu və demokratiyanı qoruyur: bunu anlamaq gərək - "Politşou" təqdim edir (Videolayihə)
Afət Həsənova: Son günlərin statistikası həftəsonu sərt karantin rejiminin tətbiqini qaçılmaz edir
İtaliyada gölün dibində qalan kənd üzə çıxarılacaq
Həftəsonu yollarda şəxsi avtomobilindən istifadə edənlər cərimə və yaxud həbs oluna bilər - RƏSMİ AÇIQLAMA
Növbəti “BirKart BOKT” filialı fəaliyyətə başladı
Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi
Ünvanlı sosial yardımda hansı yeniliklər olacaq?
Bu muzey və sərgi zalları saat 14:00-dan fəaliyyətini dayandırır
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib (FOTO)
Bakı polisi narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirdi
Aydın Quliyev: Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasəti bu dövlətin faşist və terrorçu mahiyyətinin birbaşa davamıdır
Cənubi Qafqazda ilk biosfer rezervat Azərbaycanda yaradılır
Polis Bakıda əməliyyat keçirdi, evdən silah aşkarlandı
Bu gün deputatlar növbədənkənar iclasda 4 məsələni müzakirə edəcəklər
İyunun 5-də xarici valyutaların manata qarşı məzənnələri
Bakıda ər arvadını bıçaqlayıb polisə təslim oldu
Bütün xəbərlər