Bakı. Trend:
“Necə edim ki, uşaq yatsın?”, “Uşaq yatmır, yatmağa da, qoymur”, “Uşaq gecə ilə gündüzü səhv salıb” kimi ifadələr və suallar körpə olan hər bir evdə tez-tez eşidilir.
Körpələrin normal yuxusu onların sağlamlığı və ananın rahatlığı baxımından olduqca aktual məsələdir. Körpənin sağlamlığı bilavasitə onun yuxu rejimindən asılıdır. Məhz gecə saatlarında körpənin immun sisteminin mükəmməlləşməsi və boy artımı baş verir. Yuxu uşaq inkişafının təməl ünsürüdür. Yaşamın ilk iki ilini uşaqlar ortalama 9500 saat yataraq, 8000 saat isə oyanıq vəziyyətdə keçirirlər. Bu məqalədə yuxu ilə bağlı bilgilər, körpələrdə yuxu rejimi və yuxu rejiminin yaxşılaşdırılması ilə bağlı məsələlər yer almışdır.
Yuxu nədir? Yuxu orqanizmin ətrafla əlaqəsinin ciddi və dəyişik siqnallarla geri döndərilə biləcək tərzdə, keçici və tsiklik olaraq itməsidir. Orqanizmdə sintez olunan melatonin hormonu yuxunu təmin edir.
Uşaqlarda yuxu rejimi necə olmalıdır? Yenidoğulmuşlarda yuxunun 3 vəziyyəti müəyyən edilir: aktiv vəziyyət (ümumi yuxunun 50%-ni təşkil edir), sakit vəziyyət, qeyri-müəyyən vəziyyət.
Uşağın yaşı |
Gecə yuxusu |
Gündüz yuxusu |
Yuxunun ümumi müddəti |
1 aylıq |
8 saat 30 dəqiqə |
7 saat (3 dəfə) |
15 saat 30 dəqiqə |
3 aylıq |
10 saat |
5 saat (3 dəfə) |
15 saat |
6 aylıq |
11 saat |
3 saat 15 dəq (2 dəfə) |
14 saat |
9 aylıq |
11 saat |
3 saat (2 dəfə) |
14 saat |
12 aylıq |
11 saat |
2 saat 30 dəq (2 dəfə) |
13 saat 30 dəq |
Körpələrdə yuxu rejiminin yaxşılaşdırılması. Körpələrə rahat yuxunu təmin etmək üçün müxtəlif qaydalara riayət etmək lazımdır. İlk öncə mühiti (işıq, səs, temperatur) uyğunlaşdırmağınız tövsiyə edilir. Uşaq yatdığı otaqda bütün işıqları yandırmağ olmaz. Çünki qaranlıq otaq uşağın bioloji ritmi ilə eynidir. Olduqca sakit bir mühit uşaq üçün yad gələ bilər. Odur ki, uşaqğı yatızdırarkən onu gözəl sözlərlə və xəfif zümzümə (laylay) oxumaq lazımdır. Uşaqların rahat yuxusu üçün 20-24 dərəcə temperatur normal sayılır. Körpəni yuxuya hazırlamaq üçün, yuxu öncəsi rituallar mütləqdir. Bunun üçün bir neçə fəaliyyət icra etmək olar: ilıq duş, uşaq massajı, rahatlayıcı musiqi və ya laylay söyləmək, əmizdirmək və ya əmzik vermək, qazını çıxarmaq, bələmək.
Gecə qidalanma: ilk 3 ayda körpə gecə 1-2 dəfə qidalana bilər. 3-6 ayında bir dəfə, 6 aydan sonra isə körpənin gecə qidalanmasına ehtiyac yoxdur. Həddən artıq qidalanma qarın nahiyəsində sancılara səbəb ola bilər. Bütün bu qaydalara əməl etməklə körpənin yuxu rejimini yaxşılaşdırmaq olar. Sadalanan bütün proseslərdən sonra körpənin yuxu problemi davam edirsə, bu zaman həkimə müraciət etmək lazımdır. Körpənin rahat yuxusu onun sağlamlığını qoruyur.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.