...

Yubiley sərgisinə 100 gün qalıb

Cəmiyyət Materials 5 Avqust 2019 21:19 (UTC +04:00)
Bakıda keçiriləcək Azərbaycan “Caspian Ecology 2019” 10-cu yubiley Beynəlxalq Ətraf Mühit sərgisinə 100 gün qalır.
Yubiley sərgisinə 100 gün qalıb

Bakı. Trend:

13-15 noyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək Azərbaycan “Caspian Ecology 2019” 10-cu yubiley Beynəlxalq Ətraf Mühit sərgisinə 100 gün qalır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2010-cu ildən etibarən hər il keçirilən sərgidə bu dəfə də ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətlər, dövlət və qeyri-hökumət təşkilatları bir araya gələcək.

Ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyalarla tanış olmaq, işgüzar münasibətlər qurmaq və təcrübə mübadiləsi aparmaq üçün hər kəsi Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” yubiley sərgisində gözləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti