...

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

Cəmiyyət Materials 14 Avqust 2019 15:40 (UTC +04:00)
Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Bu mərhələdə 23 min 609 namizəd iştirak edib, onlardan 14 min 3 namizəd elektron ərizəsini təsdiqləyib.

Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, vakansiya seçimindən sonra elektron yerləşdirmə mərhələsi başlanır. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti