...

Fermerlərə subsidiyalar nağdsız şəkildə veriləcək (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2019 16:03 (UTC +04:00)
Azərbaycanda fermerlərə subsidiyaların verilməsi nağdsız şəkildə həyata keçiriləcək.
Fermerlərə subsidiyalar nağdsız şəkildə veriləcək (FOTO)

Bakı. Samir Əli -Trend:

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi nağdsız şəkildə həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, həmin kartlar bu ilin sonuna kimi fermerlərə veriləcək:

"Kartlar fermerlərə pulsuz veriləcək. Fermerlər bu kartın balansında olan məbləğin 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifadə edə biləcək. Bu kartlar xüsusi olaraq fermerlər üçün yaradılıb və ilin sonuna kimi öz sahiblərinə veriləcək".

Nazir müavini qeyd edib ki, bu kartları fermerlerə "Kapital Bank" verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti