Bakı. Cani Babayeva - Trend:
Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci Dünya Çempionatı çərçivəsində qrup hərəkətlərində komandaların finalları keçirilir.
Trend-in məlumatına görə, yarışlar parlaq və çox maraqlı keçir. Çox sayda tamaşaçı gimnastların çıxışlarını maraqla izləyir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").
Trend oxuculara bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının sonuncu günündən ən maraqlı anları təqdim edir.
Foto: Zaur Mustafayev