...

İcra başçısının müavini: Tərtərdə 10 min ağac əkiləcək

Cəmiyyət Materials 5 Dekabr 2019 17:54 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünün həyata keçirilməsi üçün görülən hazırlıq işləri yekunlaşmaq üzrədir.
İcra başçısının müavini: Tərtərdə 10 min ağac əkiləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünün həyata keçirilməsi üçün görülən hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bunu Trend-ə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov deyib.

Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində rayonunun bütün yaşayış məntəqələrində 10 min ağac əkiləcək.

R.Şabanov əlavə edib ki, rayonun giriş-çıxışlarında, o cümlədən, Bərdə-Goranboy, Bərdə-Tərtər, Tərtər-Ağdam yollarının, Olimpiya İdman Kompleksinin ətrafında müxtəlif növ ağaclar əkiləcək:

“Yalnız Olimpiya İdman Kompleksinin ətrafında 1000-dən çox çox ağac əkiləcək. Bu işlərə hazırlıq məqsədilə kəndlərin giriş və çıxışlarında, yol kənarlarında ərazilərin hamarlanması, çalaların qazılması işi başa çatıb. Ağacəkmə tədbirlərində bütün rayon ictimaiyyəti fəal iştirak edəcək”.

İcra başçısının müavini ağacəkmə tədbirləri zamanı əsasən, Eldar şamı, çinar, akasiya, iydə, cökə və digər ağacların əkiləcəyini də söyləyib.

Qeyd edək ki, dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.

Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, zeytun, əncir, qovaq, şaftalı, gavalı, alma, çökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti