...

Oğuzda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb

Cəmiyyət Materials 30 Oktyabr 2019 14:46 (UTC +04:00)
Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.
Oğuzda 6-cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.

Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti