...

Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq

Cəmiyyət Materials 22 Noyabr 2019 23:11 (UTC +04:00)
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edib.
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu çərçivədə nazirlik ilə birgə keçirilən qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq.

Tədbir 28 noyabr 2019-cu il tarixdə saat 15:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin inzibati binasında (Bakı şəhəri, İsmayıl Qutqaşınlı küçəsi, 86) keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti