...

Bakıda iki tələbə qidadan zəhərlənib

Cəmiyyət Materials 30 Noyabr 2019 09:11 (UTC +04:00)
Bakının Nizami rayonunda "NZS" adlanan ərazidə iki nəfər qidadan zəhərlənib.
Bakıda iki tələbə qidadan zəhərlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Nizami rayonunda "NZS" adlanan ərazidə iki nəfər qidadan zəhərlənib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Təcili Tibbi Yardıma çağırış saat 07:59-da daxil olub:

"Ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti