...

Naqif Həmzəyev: Yeni seçilən bələdiyyə üzvləri daha təşəbbüskar olacaqlar

Cəmiyyət Materials 25 Dekabr 2019 12:20 (UTC +04:00)
Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri hesab olunan 23 dekabr - Bələdiyyə seçkiləri Günü artıq tarixə qovuşdu.
Naqif Həmzəyev: Yeni seçilən bələdiyyə üzvləri daha təşəbbüskar olacaqlar

Bakı. Trend:

Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri hesab olunan 23 dekabr - Bələdiyyə seçkiləri Günü artıq tarixə qovuşdu. Konstitusiyanın və Seçki Məcəlləsinin müddəalarına uyğun keçirilən səsvermədə seçicilər azad və şəffaf şəraitdə öz iradələrini ifadə etdilər və layiq bildikləri namizədlərə səs verdilər.

Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev özünün “Facebook” səhifəsində yazıb.

Millət vəkili bildirib ki, bu gün Azərbaycanda bələdiyyələr inkişaf edir, yerlərdə sakinlərin problemlərinin həlli istiqamətində fəaliyyət göstərir. Beşinci çağırış bələdiyyə seçkilərində iştirak edən namizədlərin (qələbə qazanıb, qazanmamasından asılı olmayaraq) hər birini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. İnanıram ki, bələdiyyə üzv seçilənlər ölkənin inkişafına yeni töhfələr verəcək, daha təşəbbüskar və fəal olacaqlar.

Naqif Həmzəyev məsul kampaniyanın mütəşəkkil və demokratik keçməsində, zəhməti olan hər kəsə, xüsusən Yeni Azərbaycan Partiyasının gənc fəallarına təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti