...

“İl Sonu”nda YAP Gəncə şəhər təşkilatının fəal gəncləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2019 11:40 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “İl Sonu” adlı gənclər üçün əyləncəli bayram tədbiri keçirilib.
“İl Sonu”nda YAP Gəncə şəhər təşkilatının fəal gəncləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “İl Sonu” adlı gənclər üçün əyləncəli bayram tədbiri keçirilib.

YAP Gəncə şəhər təşkilatından Trend-ə verilən məlumata görə, Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil edilən tədbirdə YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov dövlət gənclər siyasətinin icrası istiqamətində ölkədə görülən işlərdən, onlara göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkə Başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

“Xüsusən, Yeni Azərbaycan Partiyasının sıralarıda yer alan gənclər ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə cəmiyyətimizin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər” – deyə Orxan Əhmədov bildirib.

Gəncləri əlamətdar bayramlar münasibətilə təbrik edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov yola saldığımız 2019-cu ildə istər idman, istərsə də gənclərlə iş sahəsində uğurlu göstəricilərin əldə edildiyini diqqətə çatdırıb.

Bayram şənliyində bir-birindən şux mahnılar, rəqslər, rəngarəng çıxışlar, viktorinalar gənclər tərəfindən alqışlarla qarşılanıb.

Sonda 2019-cu ildə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətində seçilən gənclərə fəxri fərman və tədbirin tərəfdaşları “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, SV Dental klinikası tərəfindən hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti