Bakı. Trend:
Ümumdünya Səhiyyə Assambleyası dünyada 2020-ci ili Beynəlxalq tibb bacısı və mama ili elan edib.
Mərkəzi Gömrük Hospitalından Trend-ə verilən məlumata görə, əhalinin sağlamlığının qorunmasında həkimlərlə yanaşı tibb bacılarının və mamaların mühüm yeri var. Onlar xəstə insanlara şəfa bəxş edir, immunizasiya və sağlamlıq barədə tövsiyələr verirlər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2030-cu ilə qədər tibbi xidmətlərin ümumdünya səviyyəsini təmin etmək üçün dünyaya əlavə olaraq 9 milyondan çox tibb bacısı və tibb işçisi lazım olacaq.
Tibbi xidmətlərin göstərilməsində onların rolu əvəzedilməzdir.
Mərkəzi Gömrük Hospitalı bu münasibətlə bütün tibb bacılarını və mamaları təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır.