...

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 24 Yanvar 2020 17:44 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində gözlənilən hava proqnozunu açıqlayıb.
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində gözlənilən hava proqnozunu açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-3, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi yanvarın 25-də gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 7-11 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti