...

Gənclərimiz növbəti “Könüllü qonaq” təşəbbüsünə qoşulublar (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2020 12:20 (UTC +04:00)
Region gənclərimiz könülləri fəth etməyə davam edirlər.
Gənclərimiz növbəti “Könüllü qonaq” təşəbbüsünə qoşulublar (FOTO)

Bakı. Trend:

Region gənclərimiz könülləri fəth etməyə davam edirlər. Sevindirici haldır ki, günbəgün gənclərimizin təşəbbüsə olan istək və həvəsi artır.

Trend-in məlumatına görə, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax, İsmayıllı və Xaçmaz gəncləri növbəti dəfə qoşulublar.

Qayğıya xüsusi ehtiyacı olan rayon sakinlərinin evlərinə baş çəkərək, təmizlik işləri aparan, həyətdə və bağda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti