...

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir (FOTOREPORTAJ)

Cəmiyyət Materials 16 Fevral 2020 14:58 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir.
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir (FOTOREPORTAJ)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final yarışları davam edir.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti