Yaz ağac əkininə start verilir

Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında martın 3-də yaz ağac əkini mövsümünə start verir.
Trend-in məlumatına görə, Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, Novruz bayramının od çərşənbəsi günündə Bakı - Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştiraka dəvət edir.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq