...

Birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır

Cəmiyyət Materials 19 Mart 2020 10:14 (UTC +04:00)
Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.
Birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti