...

Bölgələrə hərəkət edən qatarlar müvəqqəti işə salındı

Cəmiyyət Materials 19 Mart 2020 18:00 (UTC +04:00)
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.
Bölgələrə hərəkət edən qatarlar müvəqqəti işə salındı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olunub.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.

Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir.

19, 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı- Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti