...

Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir (FOTO)

Cəmiyyət Materials 26 Mart 2020 17:18 (UTC +04:00)
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını mart ayının 26-da da davam etdiriblər.

Trend-in məlumatına görə, onlar tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

Vətəndaşlar da öz növbələrində Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, onları heç zaman yaddan çıxarmayan dövlətə, YAP-a fəaliyyətində uğurlar arzu ediblər.

Qeyd edək ki, "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya mart ayının 29-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti