...

Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı

Cəmiyyət Materials 27 Mart 2020 23:41 (UTC +04:00)
Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb
Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ərzaq mağazalarında (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) spirt tərkibli məhlul və ya digər maddələrlə dezinfeksiya edilməsi vacib olan sahələr açıqlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, bu sahələr aşağıdakılardır:

✅ Qapı və qapı tutacaqları
✅ İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və tutacaqları
✅ Ödəniş terminalları
✅ Kassada yerləşən konveyerlər
✅ Məhsulların saxlandığı rəf, stellaj, daşındığı araba və səbətlər
✅ Çoxmərtəbəli müəssisələrdə eskalatorlar və tutacaqları, liftlər
✅ Soyuducuların tutacaqları
✅ Tullantı qabları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti