...

Vüqar Bayramov: Sahibkarların və vətəndaşların fonda olan dəstəyi koronavirusla mübarizədə milli həmrəyliyə nail olunduğunu ortaya qoyur

Cəmiyyət Materials 29 Mart 2020 18:30 (UTC +04:00)
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Vüqar Bayramov: Sahibkarların və vətəndaşların fonda olan dəstəyi koronavirusla mübarizədə milli həmrəyliyə nail olunduğunu ortaya qoyur

Bakı. Orxan Cuvarlı - Trend:

Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa zamanda 93 milyon manatdan çox vəsaitin ianə olaraq toplanması sahibkarların, vətəndaşların və fiziki şəxslərin koronavirus infeksiyasına qarşı aparılan mübarizəyə dəstəyindən xəbər verir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ianələr sahibkarlarla yanaşı, vətəndaşların da bu mübarizədə yaxından iştirak etdiyini ortaya qoyur:

"Azərbaycan hökuməti koronavirusla mübarizəyə çevik reaksiyalar verir. Azərbaycan regionda bu infeksiya ilə mübarizə üçün xüsusi fond yaradan ilk ölkələrdən biridir. Bu fondun yaradılması həm dövlət vəsaiti, həm də büdcədənkənar mənbələrin cəlbi baxımından geniş imkan yaradır. Azərbaycan dövləti bu virusun ölkə iqtisadiyyatına zərərlərini minimallaşdırmaq istiqamətində səmərəli tədbirlər həyata keçirir. Dövlət üçün sahibkarların qorunması prioritet məsələlərdən biridir. Bu istiqamətdə dörd işçi qrupunun yaradılması və onların koronavirusdan ən çox zərər görən 12 fəaliyyət sahəsini müəyyənləşdirməsi sahibkarlara birbaşa dövlət dəstəyi mexanizminin təşkilindən xəbər verir".

Deputat vurğulayıb ki, fondun yaradılması və fəaliyyət istiqaməti koronavirusun qlobal təsirlərinin ölkə ərazisindəki coğrafiyasını məhdudlaşdırmaq məqsədi daşıyır:

"Fonda vəsaitlərin yığılması bu virusa qarşı mübarizənin daha effektiv şəkildə aparılmasına şərait yaradacaq. Fondun fəaliyyəti Azərbaycan hökumətinin koronavirus infeksiyasına qarşı kompleks tədbirlərini ön plana çıxarır. Yaxın günlərdə dövlətin sahibkarlara birbaşa dəstək mexanizmi ictimaiyyətə təqdim olunacaq. Sahibkarların və vətəndaşların fonda olan dəstəyi bu infeksiya ilə mübarizədə milli həmrəyliyə nail olunduğunu ortaya qoyur. Ölkə başçısının da qeyd etdiyi kimi, koronavirusa qarşı mübarizədə biz birlikdə güclüyük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti