...

AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır (VİDEO)

Cəmiyyət Materials 30 Mart 2020 15:41 (UTC +04:00)
AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” pilotların və təyyarə bələdçilərinin Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırdıqları sosial videoçarx hazırlamışdır.

Aviaşirkətdən Trend-ə bildirilib ki, AZAL ölkəmizin hər bir vətəndaşına müraciət edərək karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.

Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığı qorumaqdan ibarətdir. Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir!

“Bu gün evdə qalın ki, sabah ailəlikcə səyahətə yollana və yeni-yeni ölkələr kəşf edə biləsiniz.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti