...

Anar: İnsanların “Evdə qal” çağırışına ciddi yanaşmaması çox təhlükəlidir

Cəmiyyət Materials 31 Mart 2020 13:20 (UTC +04:00)
Bunu Trend-ə açıqlamasında Azərbaycan Yazıçılır Birliyinin sədri, Xalq yazıçı Anar deyib.
Anar: İnsanların “Evdə qal” çağırışına ciddi yanaşmaması çox təhlükəlidir

Bakı. Orxan Cuvarlı - Trend:

Dövlətimizin çağırışı düzgün və yerində bir çağırışdır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Yazıçılır Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

Onun sözlərinə görə, insanlar dövlətin “Evdə qal” çağırışını cavabsız qoymamalı və evdə qalmalıdır:

“Bu çağırışı ciddi qəbul etmək lazımdır. Evdə oturub hərə öz işini görə bilər. Kimi kitab oxuyar, kimi də film izləyər. Bu, ailəmizlə, övladlarımızla vaxt keçirmək baxımından da çox vacibdir. Dövlət elə bir imkan yaradıb ki, insanlar bu müddət ərzində əməkhaqqlarını da alacaq. İndiki dövrdə evdə oturmaq məsləhət görülür. Mən də evdəyəm, yarımçıq qalmış işlərimlə məşğul oluram, işləyirəm. İnsanların “Evdə qal” çağırışına ciddi yanaşmaması çox təhlükəlidir. Mən və ailəm mövcud vəziyyətə çox ciddi yanaşırıq və evdəyik”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti